Millimiz Türkmənistanı darmadağın etdi

Azərbaycan futzal yığması Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Faustino Peresin yetirmələri Türkmənistanla qarşılaşıb.
 
"ABU Arena”da keçirilən oyunda millimiz asiyalılara 5:0 hesabı ilə qalib gəlib. Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar.
 
Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. "ABU Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right