Azərbaycan millisinin kapitanı: "Bizi ciddiyə almaya bilərlər"

"Məşqlərimiz yaxşı gedir, bütün oyunçular da işinə ciddi yanaşır. Hara, hansı ölkə üçün oynamağa getdiyimizi yaxşı dərk edirik. İddialıyıq və Slovakiyaya qələbə üçün yollanırıq. Neçə vaxtdır ki, hazırlığımız davame dir, bunun bəhrəsini görmək istəyirik. Baş məşqçi və rəhbərliyin ümidlərimi doğrultmaq niyyətindəyik". 

Newsport.az-ın məlumatına görəbu sözləri mini-futbol üzrə Azərbaycan millisinin kapitani Ramin Həsənzadə deyib. Yığma komandanın ən təcrübəli futbolçularından biri olan qapıçı yığmanın Avropa çempionatında uğurlu nəticə qazanmaq istəməsindən də söz açıb: "Çətin qrupa düşsək də, heç kimdən çəkinmirik. Baxmayaraq ki, ilk oyunumuz iddialı Rumıniyaya qarşıdı. İstənilən halda gücümüzü ortaya qoyacağıq ki, vətənə yaxşı nəticələrlə qayıdaq.

Avropa çempionatında sürpriz edə biləcək millilərdən biri ola bilərik. Çünki bizi ciddiyə almaya bilərlər. Ötən Avropa çempionatında biz iştirak edəndə heyətimiz tam fərqliydi, qrupdan çıxa bilməmişdik. Bəlkə də həmin oyunlarımıza baxıb ciddiyə almaya bilərlər. Belədə, nəticə əldə etmək olar birinci oyunda. Albaniya və İspaniya matçlarında gəldikdə, hansı komanda psixoloji sarıdan hazırdır, qalib gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right