Millimizin kapitanı karyerasını başa vuracaq

Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın kapitanı Rizvan Fərzəliyev karyerasını başa vurmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, təcrübəli futzalçı yeni mövsümdən məşqçi kimi fəaliyyət göstərəcək.

Bu mövsüm Naxçıvan təmsilçisi ilə növbəti çempionluğunu yaşamış 43 yaşlı futzalçının karyerasını başa vurduğu klubda məşqçi kimi çalışacağı ehtimal edilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right