"Araz-Naxçıvan" Azərbaycan çempionu oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında final oyunu baş tutub.

 

Newsport.az-ın məlumatına görə, həlledici oyunda “Araz-Naxçıvan” və EKOL komandaları qarşılaşıb. “

 

Yaşıllar” oyuna ciddi itkilərlə çıxmışdı. Samir Həmzəyev, Mehdi Rəsulov və Faiq Əliyev sarı vərəqə limitini doldurduğuna görə, mövsümün son görüşünü buraxmalı oldu. “Araz-Naxçıvan”da isə əksinə, cəzası başa çatan Murilo heyətdəki yerini almışdı.

 

Hesabı bombardirlər yarışına başçılıq edən Maneka açsa da, sevinci uzun çəkmədi. Cəmi 8 saniyə kifayət etdi ki, Radik Əhmədov status-kvonu bərpa etsin. Növbəti dəfə Çovdarov qol sevinci yaşamaqla tablodakı bərabərliyi də komandasının xeyrinə dəyişdi. David Qustavo da çempionluq yolunda öz töhfəsini vermiş oldu. Braziliyalı fasiləyə qədər dubl etməyi bacardı. İkinci hissədə EKOL daha bir üzvünü itirdi. Emin Kürdov birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Fərid Ələkbərov, Felipinyo və Maneka fərqi artırdılar. Mövsümün son qolunun müəllifi Namiq Məmmədkərimov oldu.

 

Araz-Naxçıvan – EKOL (5:1) 9:2
7 may. Bakı İdman Sarayı. Saat 15:00
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qollar: Maneka, 2:51, 33:59, Ramiz Çovdarov, 6:67, 13:44, David Qustavo, 9:52, 16:56, Fərid Ələkbərov, 26:58, Felipinyo, 29:07, Murilo, 37:25 // Radik Əhmədov, 2:59, Namiq Məmmədkərimov, 39:47
Sarı vərəqələr: Ramiz Çovdarov, 31:33, Murilo, 39:47 // Tofiq Mikayılov, 16:55, Ələsgər Ələsgərli, 36:59
Qırmızı vərəqə: Emin Kürdov, 21:48

 

Araz-Naxçıvan
19. Dmitri Bondarev (q), 6. David Qustavo, 8. Rizvan Fərzəliyev (k), 9. Maneka, 10. Felipinyo, 1. Azər Fərmanov (q), 5. Murilo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Fərid Ələkbərov

 

Baş məşqçi: Joze Alesio Da Silva

 

EKOL

99. Emin Kürdov (q), 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 17. Rüstəm Bağırov, 1. İntiqam Babayev (q), 33. Ələsgər Ələsgərli, 20. Tofiq Mikayılov, 44. Orxan Həsənəliyev

 

Baş məşqçi: Radik Əhmədov

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right