Pley-off mərhələsinin oyun cədvəli açıqlandı

Futzal üzrə Yüksək Liqada keçirilən 21-ci turla əsas mərhələyə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.

Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməsə tərəflər penalti seriyasından istifadə edəcək.

Yüksək Liqa

Yarımfinal oyunları


1 may

EKOL – Neftçi İK

12:00. Bakı İdman Sarayı.

Araz (Naxçıvan) – Baku Fire

14:45. Bakı İdman Sarayı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right