Vitali Borisov keçmiş klubuna qayıtdı

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Vitali Borisov yeni mövsümdən "Araz"da çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, son mövsümü "Fənər"də keçirmiş təcrübəli futzalçı artıq yeni klubu ilə müqavilə də imzalayıb.

Qeyd edək ki, "Araz" Borisov üçün yad klub deyil. Çünki o, əvvəllər də bu komandanın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right