Millimizin baş məşqçisi: "İkinci hissədə gücümüz tükəndi"

Bu gün keçirilmiş Azərbaycan – Ukrayna yoldaşlıq oyunundan sonra hər iki baş məşqçi açıqlama verib.

 

Newsport.az mütəxəssislərin fikirlərini diqqətinizə çatdırır:

 

Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, çalışdıq bu dəfə həmin səhvləri etməyək. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq. İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.

 

Oleksandr Kosenko (Ukrayna milli komandasının baş məşqçisi): “Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq. Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi. Əlbəttə, bu bir yoldaşlıq oyunu idi. Bu matça görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz. Hər iki tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var. Ora üçün tapşırıqlar fərqli olacaq. Hər iki oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoldaşlıq oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right