Ukraynalı baş məşqçi: "Azərbaycan millisi çoxdandır ki, Avropada güclü komandalar arasında möhkəmlənib"

Futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko bu gün və sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşü barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Ukrayna Futzal Federasiyasına danışan təcrübəli mütəxəssis Azərbaycan millisi haqda fikirlərini bildirib:

"Azərbaycan çoxdandır ki, Avropada güclü komandalar arasında möhkəmlənib. Təbii ki, burada milliləşmiş futzalçıların da böyük rolu var. Uzun müddətdir ki, Azərbaycanla qüvvəmizi sınamırıq. Azərbaycan millisinin heyətində yerli futzal məktəbinin yetirmələrilə yanaşı, İran və Braziliyadan olan oyunçular da var. Komandaya braziliyalı məşqçi rəhbərlik edir. Əminəm ki, bizi AVRO-2022-nin final mərhələsi öncəsi çox vacib olan maraqlı və gərgin matçlar gözləyir".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right