Azərbaycanda “Şuşa” komandası yaradıldı

Azərbaycanda “Şuşa” adında futzal komandası yaradılıb.

Newsport.az-ın məlumatına görə, mədəniyyət paytaxtımızın adını daşıyan komanda bundan sonra futzal arenalarında da eşidiləcək. Belə ki, klub futzal üzrə Azərbaycan 1-ci divizionunda çıxış edəcək. Klubun təsisçisi Ramil Hüseynov saytımıza açıqlamasında klubun yaradılmasından və məqsədlərindən söhbət açıb:

"Klubu yaratmaqda məqsədimiz odur ki, Şuşamızın adı daima futzal arenalarında olsun, həm də Azərbaycan futzalına biz də öz töhvəmizi verək. Birinci diviziondan başlayırıq. Təbii ki, dəstək olduqdan sonra klub Premyer Liqaya kimi yüksələ bilər. Heyətimizdə cavan və təcrübəli oyunçular var. Taleh Ağayev, İlqar Rzayev kimi təcrübəli futzalçıların yanında gənclər toplaşıb. Dediyim kimi məqsədimiz ölkə futzalında və dünya arenasında Şuşa adını tanıtmaqdı. Həm də futzalımıza yeni adlar qazandırmaqdı. Arzumuz ev oyunlarımızı da doğma Şuşamızda keçirməkdi.

Doğrudu, dəstək olanlar var, amma ayaq üstə dayanmaq üçün yenə də dəstəyə ehtiyacımız var. İnanırıq ki, bu dəstək gələcək və iddialı komandaya çevriləcəyik. Həm ölkə futzalında, həm də dünya arenalarında Şuşanın adını tanıtmaq niyyətindəyik. Allah qoysa, məqsədimizə çatacağımıza inanırıq. Hələ ki, 1-ci divizionda oynayacağıq. İddialı komandaya çevrildikdən sonra daha böyük uğurlar üçün mübarizə aparacağıq. Təbii ki, burada dəstək önəmlidi və bizə dəstək olanların sayının çox olağına inanırıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right