"Rəqiblərimizə qarşı mübarizə aparmaq mümkündür" Ağatahir Əzimov

"Normal qrupa düşmüşük. Rəqiblərimiz arasında Rusiya, Portuqaliya, İspaniya kimi daha güclü komandalar da ola bilərdi. Amma hazırkı rəqiblərimizə qarşı mübarizə aparmaq mümkündür".

Newsport.az-ın məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının püşkünü dəyərləndirərkən deyib. Yığma əsas mərhələdə Xorvatiya, Belarus və Latviya ilə birlikdə VI qrupda mübarizə aparacaq.

"Bilirəm, Xorvatiya ilk çempionatın finalçısı olub. Həmin görüşü izləmişdim. Demək olar, müdafiədən çıxmırdılar. Komandaları ayrılıqda dəyərləndirsək, Xorvatiya ilə oyunumuz daha çətin olacaq. Amma Belarus və Latviya ilə matçlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Meydan düz, top yumrudur. Heç kimdən çəkinmək lazım deyil. Uşaqları da psixoloji baxımdan hazırlaşdıracağıq. Elə edəcəyik ki, nəticələrimiz müsbətə doğru dəyişsin. Ümumi götürsək, bizim üçün komandaların əksəriyyəti güclüdür. Amma vaxtımız var, hazırlaşacağıq", - deyə mütəxəssis bildirib.

Əzimov vurğulayıb ki, sevindirici məqamlardan biri U-19-un yeni mövsümdən Yüksək Liqada iştirak edəcəyidir: "Bu da bizə təcrübə qazandıracaq. Ona qədər isə I MDB Oyunlarında özümüzü sınayacağıq. Sentyabrın 5-də səfərə yollanacağıq. Bir ilə yaxın idi məşq etmirdik, amma bu yarışa hazırlıq məqsədi ilə bir neçə toplanışımız olub. Hətta toplanışlardan biri ölkədən kənarda baş tutub. Heyəti də formalaşdırmağa çalışırıq. U-19 həssas yaş qrupudur. Bir neçə futzalçımız hərbi xidmətə yollanıb".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right