Vüsal Türkiyə klubunda qol hesabını açdı

Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" Türkiyə I Liqasında III turun oyununa çıxıb. 

Newsport.az-ın məlumatına görə, komanda doğma meydanında "Adanaspor"u qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. 

İsgəndərli əsas heyətdə yer alıb və 85-ci dəqiqədə əvəzlənib. O, matçın 52-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. Bu, onun Türkiyə klubunda ilk qolu olub.

3 turdan sonra "Keçiörengücü"nün hesabında 4 xal var. 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right