Azərbaycan çempionu hazırlığa 11 futzalçı ilə başladı

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz” (Naxçıvan) klubu hazırlığa başlayıb. Newsport.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən Azərbaycan çempionu fiziki çalışmalara üstünlük verir.
 
Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı İdman Sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında ikisi qapıçı olmaqla 11 futzalçı var. Yeni transferlər - Conatas Felipe və Emanoel Rodriqes, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.
 
Hazırda məşqlərdə iştirak edən futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
 
Qapıçılar: Rövşən Hüseynli, Azər Fərmanov;
 
Oyunçular: Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Nurlan Mehdizadə, Murilo Borges, Amir Sojaei, Hadi Ahmadi, Adil İsmayılov.
 
Qeyd edək ki, “Araz” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right