Rövşən Hüseynli rəqibləri dəyərləndirdi

Bu gün UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı. Təmsilçimiz "Araz-Naxçıvan" F qrupunda mübarizə aparacaq.

Newsport.az xəbər verir ki, püşklə bağlı komandanın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib:

“Kampuksen Dinamo (Finlandiya), Raba (Latviya) və Europa (Cəbəllüratiq) komandaları ilə qarşılaşacağıq. Qrupumuzun oyunları Latviyada təşkil olunacaq. Açığı, rəqiblərimizlə bağlı hələ ki, geniş məlumata sahib deyiləm. Amma təmsil etdikləri ölkələrin yığma komandalarını izləyirik. Finlandiya millisi son illərdə uğurlu nəticələr qazanmaqla seçilir. Onlar gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində də iştirak hüququ əldə ediblər. Bu da Finlandiyada futzalın inkişafından xəbər verir. Latviya yığması ilə dəfələrlə qarşılaşmışıq. Amma bizimlə qarşılaşacaqları klubların durumu haqda yaxın günlərdə məlumat toplamağa çalışacağıq. Əlbəttə, baş məşqçimiz hazırlığa başladıqdan sonra lazım olan informasiyanı çatdıracaq. Rəqiblərin oyun üslubu, əzif və güclü tərəfləri, eləcə də necə oynamalı olduğunuzu məşqlərdə izah edəcək. Qalır yaxşı hazırlıq keçirmək. Sevindirici məqam odur ki, ölkəmizdə zalların fəaliyyətinə qoyulmuş qadağa aradan götürüldü. Deməli, yaxşı məşq etmək imkanımız var. Halbuki, ötən il xalça üzərində qısa hazırlıq keçmişdik. Bu dəfə şərait istədiyimiz kimi olacaq.

Bu oyunlar həm də Avropa çempionatına da hazırlıq xarakteri daşıyacaq. Sözsüz, qrup mərhələsini birinci pillədə başa vurmaq üçün bütün gücümüzü sərf edəcəyik. Məqsədimiz ən azı əsas mərhələyə yüksəlmək olacaq. Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq. Çünki “Araz-Naxçıvan” hər zaman iddialı olub”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right