Hacı İbrahim sərbəst buraxıldı: "Xəzər Adaları" yaşayacaqmı?

İş adamı, "Avesta" şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli azad olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə publika.az-a İbrahim Nehrəmli özü açıqlama verib. Saxlanıldığını təsdiq edən İbrahim Nehrəmli araşdırmaların yekunlaşdığını bildirib. "Araşdırmalar bu gün yekunlaşdı və qərar qəbul olundu. Məlum oldu ki, mənim heç bir günahım yoxdu. Götürdüyüm kreditin fazini vaxtlı-vaxtında ödəmişəm. O cümlədən bu ayın əvvəlimndə də 1,5 milyon faiz vermişəm. 2019-cu ilədək isə krediti qaytarmalıyam".

Ölkədə sahibkarlar üçün yaradılan şəraitə görə, dövlət başçısına təşəkkür edən Hacı İbrahim Nehrəmli, layihələrinin davam etdiriləcəyini vurğulayıb.

"Sabah mənim üçün ikiqat bayramdı, ad günümdü. Ailəmlə birlikdə qeyd edəcəm", - deyən şirkət rəhbəri günahı olan şəxslərin artıq Kürdəxanı təcridxanasında olduğunu bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right