"Futzalda 2020-2021 mövsümü olmayacaq"

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində vacib qərarlar açıqlandı. Onlardan biri də idman zallarının açılması ilə bağlı oldu. Belə ki, iyunun 10-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinə COVID pasportunu təqdim etməklə getmək mümkün olacaq. Bu isə uzun müddətdən sonra futzal məşqlərinin və oyunlarının keçirilməsinin mümkün olacağı anlamına gəlir. Görəsən, futzal çempionatı nə vaxt bərpa ediləcək? Hazırlıq planı bəllidi?

Newsport.az saytının məlumatına görə, Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov suallara cavab olaraq çempionatın yeni mövsümdən bərpa ediləcəyini söyləyib: "Zallar iyunun 10-dan etibarən açılacaq. Belədə çempionatı keçirmək üçün çox gec olacaq. Çünki əvvəlcə komandalara hazırlaşmaq üçün azı bir ay vaxt verməliyik. Deyilən tələblər yerinə yetirilməlidi və s. Nəticədə oyunlar ən yaxşı halda iyulun ortasında keçirilə bilər. Ona görə də 2020/21 mövsümü ilə bağlı heç bir yarış təşkil olunmayacaq. Təbii ki, uzun müddətdən sonra ən mümkün variant kimi çempionatı keçirmək istəyərik. Amma qeyd etdiyim kimi, çox gecdi. Növbəti mövsüm üçün hazırlığa başlanılacaq. Yəni komandaların qeydiyyatı aparılacaq, mövsümün start tarixi müzakirə olunacaq".

Federasiya rəsmisi komandaların sayında dəyişikliyin olacağını da istisna etməyib: "Komandaların sayında dəyişikliyin olub-olmayacağını işə başladıqdan sonra biləcəyik. Müraciət edənlərin az və ya çox olması da həlledici məqamdı. Bunu zaman göstərəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right