Millimizin 200-cu qolunu Çovdarov vurdu

Yunanıstanla keçirilən oyunda qələbə qazanan futzal üzrə Azərbaycan millisi həm də seçmə mərhələyə yekun vurdu.
 
Newsport.az xəbər verir ki, Ellada təmsilçisi ilə duel komandamız üçün yubiley qolunun vurulması ilə də əlamətdar oldu. 
 
Belə ki, millimiz indiyə qədər iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurmuşdu. Futzalçılarımız cari seçmə mərhələdə isə rəqib torunu 22 dəfə silkələdi.  Bununla da qitə birinciliklərində 200-cu qol vuruldu. Qolun müəllifi isə Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov oldu.
 
Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Hollandiyada keçirilmiş Avropa çempionatının seçmə mərhələsində Polşa ilə görüşdə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komandamız indiyə qədər 57 matçda gücünü sınayıb. Bu oyunlardan 28-də qələbə qazanan millimiz 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan futzalçılarımız rəqib torunu 200 dəfə silkələyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right