Azərbaycan millisi Yunanıstana qarşı Yenilənir

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
 
Newsport.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı oyuna saat 19:00-da start veriləcək.
 
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.
 
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
14 aprel
 
19:00. Azərbaycan - Yunanıstan
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.
 
Azərbaycan – 13
Slovakiya – 11
Moldova – 5
Yunanıstan – 1




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right