Rövşən Hüseynli milliləşdirmə ilə bağlı fikirlərə etiraz etdi

"Son vaxtlar bu cür yanaşma və fikirləri çox görürəm. Nəyə görə futzalla futbolu müqayisə edirsiniz? Futzal tam fərqli idman növüdür".
 
Newsport.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli şəxsi feysbuk hesabında milliləşdirmə ilə bağlı fikirlərə etiraz edərkən yazıb.
 
30 yaşlı qolkiper bildirib ki, hər sahənin öz çətinlikləri, qarşıya qoyulan məqsədləri və inkişaf forması var: "Cüdo nəticə verməyəndə güləşi günahlandırmaq və ya qazanılan nəticəyə kölgə salmaq olar? Biz də hər idmançı kimi Azərbaycan adı və bayrağı altında ölkəni təmsil edirik".
 
Hüseynli yığmada braziliyalı legionerlərin oynamasına da toxunub: "Məncə, bu söhbət artıq bağlanmalıdır. Hər ölkədə və hər idman sahəsində milliləşdirilmiş legioner var. Futzal millisi məğlub olur, "Neynəyirik bu braziliyalıları? Yenə uduzdular" deyirlər. Yığma ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır, "Braziliya millisidir, uduzardı, amma özümüzünkülər oynayardı" fikirləri səslənir. Oynayır, qardaş, özümüzünkü də oynayır. Bu tək mübarizə deyil ki, onlar nəticə qazansın biz qıraqdan alqışlayaq. Bu komanda oyunudur və nəticəni hamı birlikdə əldə edir".
 
Qapıçının sözlərinə görə, hücum xəttində braziliyalılar çıxış edirsə, müdafiədə yerli oyunçular öz işini görür: "Bunun səbəbini bilmək üçün yaxından maraqlanmağınız və futzaldan məlumatınızın olması lazımdır. Xəbərdar olmadığınız halda kiminsə haqqına girib çəkilən əziyyəti yerə vurmaq olmaz. Qazanılan nəticəyə, oyunçuların meydanda son nəfəsinə kimi canını qoymasına kölgə salmaq olmaz. 2-3 gün komanda daxilində olsanız, məşqdə alınan zədələrdən, sağlamlığa ziyan olacağını bilə-bilə vurulan iynə ilə oyuna çıxmaqdan, səfərlər zamanı keçirilən stresslərdən, oyunlara hazırlaşan zaman beyindəki fikirlər, əsəb, stress və gərginlikdən xəbəriniz olar. 5-ci mərtəbədən aşağı baxmağ çəkinən, maşını bir az bərk sürən kimi qorxan adam "kefdəsiniz, ölkələri gəzirsiniz" deyir. Bu qədər əziyyəti yerə vurmaq, Azərbaycan adı, bayrağı altında qazanılan nəticəyə kölgə salmaq nə dərəcədə düzgündür"?
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right