“Azərbaycan millisinə qarşı oyun planında yaxşı çıxış etdik”

Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:

“Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq. Əlbəttə, nəticənin bu cür alınmasında əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, bu gün 3 xalı biz qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right