Millimiz Moldovanı səfərdə də məğlub etdi Yenilənib

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, 3-cü qrupda yer alan yığmamız dördüncü sınağında Moldova seçməsinin qonağı olub.

Çoresku şəhərindəki “Futzal Arena”da baş tutan oyuna Bakı vaxtı ilə saat 20:30-da start verilib. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma millimizin növbəti qələbəsiylə başa çatıb.

Azərbaycan yığması əvvəlki oyunlarının da hamısından qalib ayrılıb. Millimiz son olaraq bir neçə gün öncə məhz Moldova yığmasını Bakıda 5:1 hesabıyla məğlub edib.

AÇ-nin seçmə mərhələsi
3-cü qrup

9 mart

Moldova – Azərbaycan 3:5
Qollar: 
A.Laşku, 32, S.Nikolayçuk, 36. A.Neqara, 37, – H.Ahmadi, 7, Vassura, 23, 36, R.Çovdarov, 28. Kojokaru, 35 (öz qapısına)
Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova).
Timekeeper: Valeri Minciuna (Moldova).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya).
Çoresku, “Futzal Arena”.

Moldova: 1. Oleq Çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara
Baş məşqçi: Vladimir Vusatı.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 16. Fineo De Arauxo, 19. Cavad Məmmədov (q), 13. Qalo, 10. Vassura, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.

Azərbaycan – 12, Slovakiya – 7, Moldova – 4, Yunanıstan – 0.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah