Azərbaycan - Moldova matçı italiyalıya tapşırıldı

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığmasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
 
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo kömək edəcək.
 
Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşünə saat 19:00-da start veriləcək.
 
Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right