Marian Berki: "Hakimin idarəçiliyindən narazı qaldım"

Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycana 1:4 hesabı ilə uduzan Slovakiya millisinin baş məşqçisi Marian Berki açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, məğlubiyyəti şərh edib:

“Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right