"Bunun öhdəsindən yenə tam gələ bilmədik" - Joze Alesio

Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Slovakiyaya 4:1 hesabı ilə qalib gələn Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva açıqlama verib.

Newsport.az-ın məlumatına görə, braziliyalı çalışdırıcı qələbəni şərh edib:

“Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyun öncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik.

Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik. Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right