Millimiz Slovakiya və Yunanıstanla oyunlara itki ilə çıxacaq

Avropa çempionatının seçmə mərhələsinə hazırlığını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün taktiki çalışmalar yerinə yetirib.

Newsport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da dünəndən komandaya qoşulublar.

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Araujo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, seçmə mərhələdə yanvarın 29-da Slovakiyanı qəbul edəcək Azərbaycan millisi fevralın 2-də Yunanıstanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right