Millimizin oyunlarının vaxtı və məkanı bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib.
 
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma ilk matçını yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya seçməsinə qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
 
Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq. Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right