Millimiz Moldovaya uduzdu

Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası bu gün final matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda millimiz Moldova yığması ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə meydan sahibləri üstün olub - 1:0.

Qeyd edək ki, millimiz bundan əvvəlki matçda Rumıniya regional yığmasını 6:3 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right