Premyer Liqada oyunlar 45 dəqiqə ola bilər

İngiltərə Peşəkar Futbol Assosiasiyasının icraçı direktoru Qordon Taylor mövsümün davamı üçün maraqlı bir təklif edib. Newsport.az xəbər verir ki, o, qarşılaşmaları 45 dəqiqədən ibarət keçirməyi söyləyib.

İngiltərə Premyer Liqası avqustun 2-dən əvvəl başa çatması üçün UEFA-nın tövsiyəsinə əsasən, qalan turlar yeddi həftə ərzində keçirilməlidir. Həm də bu baxımdan FA Kubokunun qalan oyunlarını bitirmək planlaşdırılır. Bu səbəbdən də iyunun 19-dək mövsümün qalan hissəsini keçirməyə başlamaq düşünülür.

Bu tarixdən əvvəl matçlar bərpa olunmasa, İngiltərə çempionatının erkən bitəcəyi ehtimal edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right