Yüksək Liqa və ölkə kubokunun oyunlarına azarkeşlər buraxılmayacaq

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini (Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır) nəzərə alan, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq Azərbaycan Futzal Federasiyasının rəhbərliyi qərar verib.

 

Newsport.z xəbər verir ki, federasiya martın 19-dək Yüksək, Birinci və İkinci liqaların, Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının azarkeşsiz keçirilməsinə qərar verib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah