Mərkəzi oyunda "Marafon" sevindi, "Araz" 12 qolla qalib gəldi

Bu gün Yüksək Liqada XIX turun oyunları keçirilib. Bununla da üçüncü dövrəyə start verildi.

 

Newsport.az xəbər verir ki, “Olimpik Star”da ilk duel Araz – Baku Fire oldu. İsa Atayev səhhəti, Eshaq Surgalı isə cəzalı olduğuna görə komandasına kömək edə bilmirdi. Oyunda ilk real qol epizodunu “Araz” qaçırdı. Amir 1 metrlik məsafədən qapının deyil, arxa toru silkələdi. Renatın standart vəziyyətdən zərbəsi qeyri-dəqiq alındısa, Murilonun fərqlənməsinə qapı tiri mane oldu. Əvəzində Çovdarov turun ilk qolunu vurdu. Cəmi 19 saniyə sonra bu dəfə çempionatın bombardiri adını tabloya yazdırdı.

 

Xətai 12-ci dəqiqədə dubl etdi. Ona qədər Qəmbərzadə fərqlənmişdi. Fasiləyədək Bağırov het-trikini rəsmiləşdirdi. İkinci hissənin əvvəlində Rasif Səfiyarov real şansını qaçırsa da, Çovdarov dəqiq oynadı. Ardınca Xətai hesabındakı qolların sayını artırdı.

 

Mərkəzi oyunda hesabı “Marafon” açdı. Vitalinin zərbəsi zamanı Cavadın səhvə yol verməsi komandasının hesabda geri düşməsi ilə nəticələndi. Tofiq Mikayılov 7-ci dəqiqədə baxımlı zərbə ilə fərqi 2 top çatdırdı. Borisov da illərini futzalda əbəs yerə keçirmədiyini növbəti hücumda göstərdi. 15-ci dəqiqədə “Neftçi” rəqibi əks-hücumda yaxaladı. Vahibin ötürməsini Emil tirə tuşlamaqla fərqi azaltmaq şansını qaçırdı. İkinci hissədə də real qol epizodu yaratmaq baxımından “Marafon” seçilirdi.

 

Bir epizodda Elşən İbrahimxəlilovun zərbəsi dirəyin dibindən meydanı tərk etdi. Seymur Məmmədovun zərbəsi isə dirəyə tuş gəldi. Bununla belə, liderin ən yaxın izləyicisi birinci hissədəki qədər qol vurmaqla böyükhesablı qələbə qazandı.

 

“Bakı” TFK isə qələbəsiz oyunlar seriyasına “Yasamal” İSk ilə matçda son qoydu. Hərçənd “tələbələr” əvvəlki oyunlarda iddialı rəqibləri ilə başabaş mübarizə aparsa da, son dəqiqədə məğlubiyyətdən qaça bilmirdi. Turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların görüşü kifayət qədər gərgin keçdi. Hər iki tərəf fasiləyə qədər bir neçə real qol epizodu yaratsa da, qapılara qol vurulmadı.

 

İkinci hissədə Gahramani hesabdakı tarazlığı pozdu. Meysam Rahimporun qırmızı vərəqə almasından sonra “Record club” meydanda azlıqda qalsa da, “Xızı Futzal” bundan istifadə edə bilmədi. Yalnız sona 5 dəqiqə qalmış Elnurun qolu status-kvonu bərpa etdi.

 

Premier (Quba) – EKOL oyunu isə Quba təmsilçisinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb.
 

Araz – Baku Fire (5:0) 12:1

Qollar: Ramiz Çovdarov, 07:52, 22:22, 23:33, Xətai  Bağırov, 08:11, 11:15, 17:41, 23:00, 24:04, 31:07, 31:28, Mehrdad  Qəmbərzadə, 10:38, Hadi  Əhmədi, 29:05 // Hüseyn Qarayev, 37:49

 

Marafon – Neftçi İK (4:0) 8:0

Qollar: Vitali  Borisov, 03:08, 06:58, Tofiq  Mikayılov, 06:25, Sərxan Məstiyev, 16:59, 26:03, 37:08, İlkin Hacıyev, 33:55, Elşən  İbrahimxəlilov, 38:08

 

Bakı TFK – Yasamal İSK (4:1) 9:4

Qollar: Vüsal Buludov, 04:53, 27:16, İlham Allahverdiyev, 10:05, 29:20, 30:01, Məhəmməd Bədəlbəyli, 16:02, 16:58, 33:44, 38:19 // Kamal Həsənpur, 19:38, 25:15, Davud Bagheri, 24:14, Pərviz Əliyev, 31:09

 

Xızı Futzal – Record club (0:0) 1:1

Qollar: Elnur Soltanlı, 35:25 // Matin Gahramani, 22:53.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah