“Hakimlərin simpatiyasının qurbanı olduq"

Dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi Xorvatiya yığmasına 0:2 hesabıyla məğlub olub. Newsport.az xəbər verir ki, oyundan sonra komandamızın hücumçusu Bolinya federasiyanın rəsmi saytına açıqlama verib:
 
“Bu gün qələbə qazanmaq istəyirdik. Biim real qol şansımız onlardan çox oldu. Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarata bildik. Hətta qapı durəyini də nişan aldıq. Lakin top qapı xəttini keçmək istəmədi. Adından da göründüyü kimi bu, futzaldı”.
 
“Növbəti oyunda qrupun favoriti ilə qarşılaşacağıq və siz də sarı vərəqə cəzalısı olduğunuza görə, meydana çıxmayacaqsız. Cəzalı duruma düşdüyünüz sarı vərəqəni almağa lüzum var idimi” sualına, milli üzvü belə cavab verib:
 
“Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram”.
 
O, Rusiya ilə matçın da çətin keçəcəyini qeyd edib: “Hələ heç nə həll olunmayıb. Şansımız var, amma etiraf edək ki, Rusiya millisi də çox güclüdü”.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah