Millimiz Xorvatiyaya qarşı

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.
 
Newsport.az xəbər verir ki, rəqib Xorvatiya yığması olacaq. Osiek şəhərindəki “Qradski vrt Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.
 
29 yanvar
23:00. Xorvatiya - Azərbaycan
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer (hamısı İtaliya)
Osiek (Xorvatiya),  “Qradski vrt Arena”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right