Yığmamızın elit-raund üçün heyəti açıqlandı

Dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası yanvarın 25-dən fevralın 2-dək Xorvatiyanın Osiek şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio yığmaya 14 futzalçı dəvət edib.

Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Əmir Şojay, İsa Ataev, Ramiz Çovdarov, Xətai Bağırov (hamısı - "Araz"), Emin Kürdov (ECOL) , Vassura, Jonathan Luis de Angelis (hər ikisi "Əl Arabi", Küveyt), Rafael Vilela ("Palma", İspaniya), Eduardo ("AGKOS Futsal", Fransa), Tiaqo Bolonya ("Norilsk Nikel", Rusiya), Eshag Surgali (Azərəşş, İran) və Everton Cardoso (Levante, İspaniya).

​Azərbaycan millisinin oyunlarının təqvimi

29 yanvar

23:00. Xorvatiya - Azərbaycan

30 yanvar

20:00. Azərbaycan – Rusiya

1 fevral

20:00. Slovakiya – Azərbaycan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right