Futzal olimpiya proqramında

Beynəlxalq Olimpiya Komitəsi 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzalı da əlavə edib.

 

Newsport.az-ın məlumatına görə, qərara əsasən, 28 idman növündən biri də futzal olacaq. Burada da həm oğlanlardan, həm də qızlardan ibarət milli komandalar yarışacaq. Gender bərabərliyini təmin edən komitə ilk dəfə olaraq komandaların sayının bərabər olmasına qərar verib. Yəni, həlledici mərhələdə 10 oğlan və bir o qədər də qızlardan ibarət milli yarışacaq.

 

BOK ilk dəfə 4 il əvvəl – Buenos Ayresdə keçirilən oyunların proqramına futzalı da daxil etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right