Kateqoriya: Futzal | Tarix: 29.12.2019 17:30
Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” gələn il yanvarın 7-də açılacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandalar fevralın 6-da, saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.