Kateqoriya: Futzal | Tarix: 23.12.2019 11:26
Futzal üzrə Yüksək Liqada XIV turun təyinatları müəyyənləşib. Newsport.az saytının məlumatına görə, ilin son turunun qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Tur iki gün ərzində keçiriləcək. Start fiti dekabrıın 25-də Qubadakı ADİU-nun İdman Kompleksində səslənəcək. Qalan oyunlar ertəsi gün Olimpik Starda baş tutacaq.
Yüksək Liqa
XIV tur
25 dekabr
14:00. "Premier" (Quba) – "Araz"
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
26 dekabr
12:00. "Yasamal" İSK – "Xızı Futzal"
Hakimlər: Azad Hüseynov, Elman Musayev, İsgəndər Əliyev
14:00. "Baku Fire" – "Neftçi" İK
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Fuad Həsənov
16:00. "Bakı" TFK – "Marafon"
Hakimlər: Hikmət Qafarlı, Nail Nğıyev, Xəlil Xəlilov
18:00. "Record club" – EKOL
Hakimlər: Azər Əsgərov, Vaqif Musayev, Mahir Məmmədov