“Azərbaycan millisi nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik”

“Bu gün çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Danimarkanın futzal yığmasının baş məşqçisi Nikolay Klein deyib.

Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində yığmamıza 2:11 hesabı ilə uduzan Danimarkanın baş məşqçisi, yığmamızın görüşün son dəqiqəsində tam üstünlüyə yiyələndiyini qeyd edib: “Birinci hissədə yaxşı oynadıq. Lakin oyunun son 10 dəqiqəsində Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadır. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right