Millimizin baş məşqçisi: “Komandam yaxşı oynadı”

“Komandamı təbrik edirəm. İlk oyunlar həmişə çətin keçir. Amma bu gün komandam yaxşı oynadı. Azarkeşlərə verdiyi dəstəyə görə minnətdarlıq edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Belçika ilə oyundan sonra futzal üzrə milli komandamızın baş məşqçisi Tino Peres deyib.

O, bəzi oyunçuların tam hazır olmadığını bildirib: “Tez-tez əvəzetmələr etməyim səbəbsiz deyildi. Çünki komandamın daim aqressiv, sürətli oynamasını istəyirəm. Əgər, sürətli oynamasan, bu, futzal olmaz. Bəzi futbolçularımız zədələrini yenicə bərpa ediblər. Onlar hələ tam hazır deyillər”.

Peres indidən qrup qalibi olmaq barədə düşünmədiklərini qeyd edib: “Sabah bizi Danimarka ilə oyun gözləyir. İndi fikrimiz yalnız həmin oyunla bağlıdır. İlk növbədə gücümüzü bərpa etməliyik. Yalnız sabahkı görüşdən sonra qrup qalibi olmaq haqda düşünmək olar”.(futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right