"Azərbaycan millisini isə qələbə qazanması münasibəti ilə təbrik edirik”

DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görəSlovakiya milli komandasının baş məşqçisi Marian Berki 0:2 hesablı məğlubiyyəti şərh edib:

 

“Yaxşı təşkilatçılığa görə federasiyanıza təşəkkür, Azərbaycan millisini isə qələbə qazanması münasibəti ilə təbrik edirik. Səhvlər buraxdıq və rəqib bundan faydalandı. Komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar var. Bu gün Ramiz Çovdarov, Vassoura və Bolinya kimi oyunçularınıza qarşı heç nə edə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Biz də bunu bacarmadıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right