Millinin Monteneqro üzərində qələbəsi

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

 

Newsport.az xəbər verir ki, Joze Alesio da Silvanın başçılıq etdiyi milli ilk turda Slovakiyaya 0:5 hesabı ilə məğlub olmuş Monteneqronu sınağa çəkib. Qrupun ilk oyununda Moldovaya qalib gələn (3:1) Azərbaycan millisi bu görüşdə də rəqibini məğlub edib - 3:2. Milli bu nəticədən sonra Slovakiya ilə birlikdə elit-raunda vəsiqəni vaxtından əvvəl təmin edib.

 

Qrupun digər oyununda isə Slovakiya ilə Moldova üz-üzə gəlib. 11 qolun vurulduğu matçda slovakiyalılar inamlı qələbə qazanıblar - 7:4.

 

Milli əsas mərhələdə son oyununu oktyabrın 26-da Slovakiyaya qarşı keçirəcək.

 

DÇ-2020. Qrup mərhələsi. 2-ci tur

24 oktyabr

 

Azərbaycan - Monteneqro - 3:2

Qollar: Bolinya, 5, Ramiz Çovdarov, 22, Əmir Şocaiyi, 34 - Petrar Peroşeviç, 8, Aleksandr Obradoviç, 10





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah