"Araz" oyununda 11 qol

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” əsas mərhələdə son oyununu keçirdi.

Newsport.az-ın məlumatına görə, Ukraynanın “Xerson” klubu ilə qarşılaşma "Araz" üçün heç bir əhəmiyyət daşımasa da, rəqibə mərhələni birinci pillədə yekunlaşdırmaq üçün çox qol vurmaq gərəkirdi. Matçda hesabı Azərbaycan çempionu açsa da, üstünlüyü qoruya bilməyib. Oyun Ukrayna klubunun 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz" məğlubiyyətlə mübarizəni dayandırmalı oldu.

 

“Xerson” (Ukrayna) – “Araz” (3:1) 8:3

Qollar: R. David, 08:24, 25:44, İ. Korsun, 09:43, L. Lanko, 18:30, P. Şoturma, 22:22, 39:24, M. Bilotserkivets, 23:26, 30:01 // M.o Zavrych, 04:04 (ö/q), İ. Atayev, 29:52, X. Bağırov, 39:05

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah