"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” bu gün əsas mərhələdə son oyununu keçirdi.

 

Newsport.az-ın məlumatına görə, Ukraynanın “Xerson” klubu ilə qarşılaşma "Araz" üçün heç bir əhəmiyyət daşımasa da, rəqibə mərhələni birinci pillədə yekunlaşdırmaq üçün çox qol vurmaq gərəkirdi. Matçda hesabı Azərbaycan çempionu açsa da, üstünlüyü qoruya bilməyib. Oyun Ukrayna klubunun 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Araz" məğlubiyyətlə mübarizəni dayandırmalı oldu.

 

“Xerson” (Ukrayna) – “Araz” (3:1) 8:3

Qollar: R. David, 08:24, 25:44, İ. Korsun, 09:43, L. Lanko, 18:30, P. Şoturma, 22:22, 39:24, M. Bilotserkivets, 23:26, 30:01 // M.o Zavrych, 04:04 (ö/q), İ. Atayev, 29:52, X. Bağırov, 39:05

Hakimlər: Moshe Bohbot (İsrail), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)

12 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 19:30

 

“Xerson”: 19. Yuri Savenko (q), 4. Dani Fernandez, 5. Vitali Skori (k), 10. Roninho, 11. Mixaylo Volianiuk, 17. İllia Bakinskyi (k), 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixaylo Zavrych, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Mikola Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun

Baş məşqçi: Xavi Rodrigues Nebreda

 

“Araz”: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Vladislav Reznov (q), 10. Nihad İsmayılov, 17. İsa Atayev

Baş məşqçi: Joze Alesio Da Silva.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah