Yığmanın iki oyununa təyinatlar açıqlandı

2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının 2 oyununa hakim təyinatları açıqlanıb.

 

Newsport.az xəbər verir ki, oktyabrın 23-də Moldova ilə oyunun baş hakimi çexiyalı Ondrey Çerni olacaq. Ona latviyalı İnqus Purins və alman İnqo Himsot kömək edəcək.

 

Oktyabrın 24-də keçiriləcək Azərbaycan – Monteneqro oyununun baş hakimi isə İnqo Himsot olacaq. Ona Ondrey Çerni və portuqaliyalı Miqel Kastilyo kömək edəcək.

 

Futzal, DÇ-2020

23 oktyabr

 

20:00 Azərbaycan – Moldova
Hakimlər: Ondrey Çerni (Çexiya), İngus Puriņs (Latviya), İnqo Himsot (Almaniya).

 

24 oktyabr

20:00 Azərbaycan – Monteneqro
Hakimlər: İnqo Himsot (Almaniya), Ondrey Çerni (Çexiya), Miqel Kastilyo (Portuqaliya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right