“Araz”la matça fərqli hazırlaşmışdıq”

Belçikanın “Halle-Gooik” klubunun baş məşqçisi Fernando Maciel Goncalves UEFA Çempionlar Liqasının əsas mərhələsində Naxçıvan "Araz"ına 5:1 hesabıyla qalib gəldikləri matçı şərh edib.

Newsport.az xəbər verir ki, o, təmsilçimizin braziliyalı çalışdırıcısı Joze Alesio ilə bir-birlərini illər əvvəldən tanıdığını və onun nəyə qadir olduğunu bildiyini söyləyib: 

"Buna görə də qarşılaşmanın çətin keçəcəyini bilirdim. Matça fərqli hazırlaşmışdıq. Hesaba baxmayaraq, həqiqətən də gərgin və çətin oyun alındı. Qarşılaşmanı xeyrimizə dəyişməyi bacardıq. Təbii ki, uğurlu başlanğıcın davamını “Xerson”la matçda da gətirməliyik. Çətin olacaq, amma bacarmağa çalışacağıq”.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right