“Araz” iştirak ərizəsini UEFA-ya göndərdi 4 iranlı var

Çempionlar Liqasında iştirak edəcək “Araz” iştirak ərizəsini UEFA-ya göndərib.

 

Newsport.az xəbər verir ki, Joze Alesio da Silva 12 futzalçının xidmətindən istifadə edəcək. Onlardan 4-ü iranlı legionerlərdir.

 

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

 

Oyunçular: 15.Hadi Əhmədi, 17.İsa Atayev, 11.Xətai Bağırov, 5.Murilo Borges Souza, 7.Ramiz Çovdarov, 8.Rizvan Fərzəliyev, 10.Nihad İsmayılov, 9.Hadi Rizvan, 3.Vahid Şəfiyi, 13.Əmir Şücai.

 

Oyunlar oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. Təmsilçimiz müvafiq olaraq Belçikanın “Halle-Gooik”, Portuqaliyanın “Benfika" və Ukraynanın “Xerson” klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komandalar elit-raunda vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right