Azərbaycan millisi İranla heç-heçə etdi

Rusiyanın Həştərxan şəhərində təşkil olunan Caspian Cup-2019 turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görə, ilk oyunda Rusiyaya yenilən millimiz bu dəfə Qazaxıstanı məğlub etmiş İranla qarşılaşıb. Baş məşqçi Joze Alesio Da Silva ilk matçdakı “5-lik”lə oyuna başlayıb. Hesab isə erkən açılıb. Təzyiqi artıran millimiz 4-cü dəqiqədə avtoqola sevinib. Cərimə zərbəsi zamanı Sanqsefidi topu geri qaytarmaq istəyərkən qol qeydə alınıb.

 

Bundan sonra da millimiz üstün tərəf olub. Kardoso, Thaqo və Eduardonun zərbələrini qapıçı zərərsizləşdirib. Rəqib də həmlələr edirdi. Nəhayət 18-ci dəqiqədə Amadeunun qüvvətli zərbəsi qarşısıalınmaz oldu. İkinci hissənin startından hesabda geri olan İran təzyiq etməyə başladı. Nəticədə 22-ci dəqiqədə fərq minimuma endirildi. 32-ci dəqiqədə artıq komandaların passivində 5 cərimə xalı var idi. Bundan millimiz faydalana bilərdi. Bunun üçün 32-ci dəqiqədə hakimin təyin etdiyi 10 metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirmək lazımdı ki, Kardoso bunu bacarmadı. Əvəzində 35-ci dəqiqədə rəqib hesabı bərabərləşdirdi. 

 

Komandamızı dəstəkləmək üçün Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) region nümayəndəliyinin üzvləri də arenaya gəlmişdilər. Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.
 

Caspian Cup -2019 turniri.

İran – Azərbaycan (0:2) 2:2

Qollar: M. Cavid, 21:17, A. Orudji, 34:09 // M. Sanqsefidi, 03:17 (ö/q), Amadeu, 17:31

23 sentyabr 2019. Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00

 

 

İran: 1. Sepehr Mohammad (q), 5. Hamid Əhmədidazadj, 6. Mohammadreza Sanqsefidi, 9. Sayid Əhməd Abbas, 11. Qodrad Bahadori, 2. Alireza Samimi (q), 7. Ali Hassanzade (k), 10. Hosseyin Tayibi, 3.Amhad Esmailpour, 4. Behzad Əzimi, 8. Abolqasim Orudji, 12. Mohammad Şadjari, 13. Farhad Tovakoli, 14. Mehdi Cavid

 

Baş məşqçi: Mohammad Nazemalşarieh

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 13. Cardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto

 

Baş məşqçi: Joze Alesio Da Silva.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right