"Araz"ın rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), "Halle Gooik" (Belçika) və "Xerson" (Ukrayna) komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək. Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.

Qeyd edək ki, püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavyer Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyildi. O, 2018-ci ildən Andorranın “Encamp” klubunda çıxış edir və çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah