Millimiz Latviya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan milli komandası Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Liepaya Olimpiya Mərkəzində keçirilən oyunu Eduard Ratkuyin, İnqus Purins və Qunar Roqa idarə ediblər. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2. Komandamızın hər iki qolunu Sezar Conatan vurub.

Bu komandalar arasında aprelin 11-də keçirilmiş ilk oyunda Azərbaycan 3:1 hesabı ilə qələbə qazanmışdı.

Futzal, yoxlama oyunu

12 aprel

Latviya – Azərbaycan 2:2

Qollar: R. Raşçevski, 30:51, M. Sens, 39:49 – S. Conatan, 29:05, 38:06.

Hakimlər: Eduard Ratkuyin, İnqus Purins və Qunar Roqa

Liepaya Olimpiya Mərkəzi. Saat 19:00.

Latviya: 12. Kaspar Neret (q), 2. Artur Yerofeyev, 3. Yanis Pastar, 9. Dmitri Borisov, 5. Matis Babris, 1. Aigar Bondar (q), 4. Maksim Sens (k), 14. German Matyuşenko, 13. Artur Kuleşov, 7. Roman Rozkovski, 6. Aleksandr Kuleşov, 8. Riçard Raşçevski, 11. Yuri Halimon, 10. Artur Strazdin.

Baş məşqçi: Artur Şketov.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 14 Vitali Borisov (k), 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 17. İsa Atayev.

Baş məşqçi: Joze Alesio Da Silva.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah