Millimiz Latviyaya qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə yoldaşlıq oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Liepaya şəhərindəki Nikas idman zalında keçirilən oyunu İnqus Purins, Eduard Ratkujins və Armand Bucisdən ibarət hakimlər briqadası idarə edib.

Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Teles Thaqonun dubl etdiyi oyunda digər qolu Vitali Borisov vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 12-də Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

 

Futzal, yoxlama oyunu

11 aprel

 

Latviya – Azərbaycan 1:3
Qol:
 D. Borisovs, 12:29 – V. Borisov, 18:30, T. Thaqo, 20:31, 39:01.
Hakimlər: İnqus Purin, Eduard Ratkuyin və Armand Bucis.
Nikas İdman zalı. Saat 20:00.

 

Latviya: 1. Aigar Bondar (q), 4. Maksim Sens (k), 14. German Matjuşenko, 13. Artur Kuleşov, 7. Roman Rozkovski, 12. Kaspar Neret (q), 2. Artur Yerofeyev, 6. Aleksandr Kuleşov, 3. Yanis Pastar, 9. Dmitri Borisov, 8. Riçard Raşçevski, 11. Yuri Halimon, 10. Artur Strazdin, 5. Matis Babris.

 

Baş məşqçi: Artur Şketov.

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 14 Vitali Borisov, 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 17. İsa Atayev.

 

Baş məşqçi: Joze Alesio Da Silva.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right