Millimiz beynəlxalq turnirə qatılacaq

Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək. Newsport.az saytı xəbər verir ki, yığmamız "Kaspi kuboku"na qatılacaq.

Bunu Qazaxıstan Futbol Federasiyasının futzal departamentinin rəhbəri Askar Abildayev deyib. O bildirib ki, turnir bu ilin sentyabrında baş tutacaq: "İyulun sonlarında iki həftəlik toplanış olacaq. Sentyabrda isə Rusiyanın Həştərxan şəhərində beynəlxalq turnirə qatılacağıq. Həmin yarışda 4 yığma - Qazaxıstan, Azərbaycan, İran və yerli Rusiya yarışacaq".

Qeyd edək ki, turnir DÇ-2020-nin əsas seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right