Sloveniya millimizə 9 qol vurdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Sloveniya yığması ilə qarşılaşan komandamız 1:9 hesabı ilə məğlub olub. Yığmamızın heyətində İqbal Pənahov fərqlənib.

Digər oyunda Kipr yığması üzərində 4:1 hesablı qələbə qazanan Hollandiya futzalçıları final mərhələsinə vəsiqə qazanıb. Millimiz isə sonuncu olub.

Avropa çempionatının əsas mərhələsi

II qrup, III tur

Sloveniya – Azərbaycan - 9:1

Qollar: Matiç Qoznik, 0:26; Marko Byelçeviç, 11:19, 29:30; Tilen Qayser, 14:32, 38:18; Timoti Debelyak, 15:55; Marko Mohoriç, 18:17; Tod Kiuha, 27:40; Vanç Floryançiç, 31:57 - İqbal Pənahov, 39:21

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right